суббота, 5 ноября 2011 г.

Canlı bütlər

Rafiq Əliyevi Azərbaycanda ilahiləşdiriblər. Amma o sitayiş edənlərdən bu ilahiniz nəyi kəşf edib soruşsan deyə bilməyəcəklər. Elə ordan-burdan eşidiblər ki, akademikdir, Lütfi Zadə də onun haqqında xoş danışıb.
Vəssalam. Şəninə nəğmələr qoşmaq üçün bu kifayətdir.

Yaxud Ramiz Rövşən. Bu adamı XX əsrin dahisi edib yaşayan əfsanə həddinə qaldırıblar. Halbuki onu tərifləyənlərdən Ramizin hansı şerini söyləyə bilərsən soruşanda ya bilmədiklərini söyləyərlər, ya da şer əvəzinə bir misra deyərlər. Əgər misra şer olsa, hər ağıllı misraya görə adama şair desələr gərək kəndlərdəki ağbirçəklərin ağzını arayaq, çünki onlardan o qədər ağıllı fikirlər eşitmək olar ki...

Yaxid Rüstəm İbrahimbəyov. Nə qədər bu adama səcdə edəcəklər görəsən? Adam özü deyir ki, Oskarı filmin rejissoru alıb, yenə də Azərbaycanda Oskarı bu adama zorla yapışdırırlar ki, yox e sənlikdir, məşhur lətifədə deyildiyi kimi "Kapital"ı sən yazmısan. Əvvəl Oskarı aldığını boynuna qoyub sonra da qarşısında səcdə edirlər. Belə olmaz axı. Görünür xalq səcdə etmək üçün həmişə büt axtarır. Lakin bu prosesə oxumuşlar da qatılanda lap dəhşətli mənzərə yaranır.

Комментариев нет:

Отправить комментарий